Papanın görün nə qədər sərvəti var imiş - Kimə qalacaq?


Bu gün vəfat edən vəfat edən Roma Papası Fransiskin sərvəti açıqlanıb.

Turkustan.az xəbər verir ki, “The Economic Times” 88 yaşında dünyasını dəyişən Papanın 16 milyon dollar dəyərində xalis sərvət qoyduğunu yazıb.

Nəşr bildirib ki, heç vaxt rəsmi maaş almayan Papa sağlığında dəbdəbəli həyatdan qaçıb, yoxsullara kömək edib və xeyriyyəçilik işləri görüb.

Papanın sərvətini kimə miras qoyduğu hələlik açıqlanmayıb. Vatikanın yaxın günlərdə onun vəsiyyətini açıqlaması gözlənilir.

Qeyd edək ki, ənənəyə əsasən, Papalar adətən sərvətini dini xeyriyyə təşkilatlarına və ya Vatikan fondlarına bağışlayırlar. /news24.az/


MANŞET XƏBƏRLƏRİ