Zelenski: Londonda Ukrayna üzrə danışıqlar aprelin 23-də başlayacaq


Ukraynadakı münaqişənin həlli üçün Londonda danışıqlar çərşənbə günü başlayacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə telefon danışığından sonra bildirib.

"Artıq bu çərşənbə bizim nümayəndələrimiz Londonda olacaqlar. Kiyev qeyd-şərtsiz atəşkəs əldə etməyə çalışacaq"-deyə, o, X da yazıb.

RBC-Ukrayna agentliyinin məlumatına görə, nümayəndə heyətinə Zelenskinin ofisinin rəhbəri Andriy Yermak, onun müavini Pavlo Palisa, xarici işlər naziri Andriy Sybiha və müdafiə naziri Rustem Umerov daxildir. Səudiyyə Ərəbistanında əvvəlki danışıqlarda Ukraynanı təmsil edən və Zelenski tərəfindən bəyənilən bu tərkib idi.

Bundan əvvəl “The Wall Street Journal” ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun Londonda keçiriləcək görüşdə iştirak edəcəyini yazıb. ABŞ tərəfinə həmçinin dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun da daxil olacağı gözlənilir. Nəşrin yazdığına görə, məsləhətləşmələrdən sonra Vaşinqton, Avropa və Kiyevin mövqeləri üst-üstə düşərsə, Vitkoff Rusiyaya səfər edə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ