ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna prosesinin müsbət irəlilədiyini ifadə edərək, “Bu həftə Rusiya-Ukrayna razılaşmasının əldə olunma ehtimalı çox yüksəkdir” deyib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evin bağçasında keçirilən Pasxa mərasimində Rusiya-Ukrayna prosesi və İranla danışıqlarla bağlı açıqlamalar verib.
Bu həftə Rusiya ilə Ukrayna arasında razılaşma əldə etmək şansının olub-olmaması ilə bağlı suala Tramp belə cavab verib: "Bəli, var. Rusiya-Ukrayna razılaşmasının bu həftə baş verməsi ehtimalı çox yüksəkdir".
ABŞ prezidenti İranla danışıqların necə getdiyi ilə bağlı suala da “İranla çox yaxşı danışıqlarımız oldu” deyə cavab verib.
Aytən Yaşar/ Turkustan.az