Rusiya prezidenti Vladimir Putin Ukraynada müvəqqəti atəşkəs barədə deyib: "Hərbi aktivlikdə ümumi azalma var. Biz bunu alqışlayırıq və gələcəyə baxmağa hazırıq".
Turkustan.az paytaxt Moskvada jurnalistlərə açıqlama verən Putin, həftə sonu Ukraynada elan edilən və bu gün saat 00:00-da sona çatan müvəqqəti atəşkəs rejimini dəyərləndirib.
Atəşkəsdən sonra qarşıdurmaların davam etdiyini bildirən Putin: "Atəşkəsə müsbət baxırıq. Ona görə də belə bir təşəbbüslə çıxış etdik. İstənilən dinc təşəbbüsə müsbət baxırıq. Ümid edirəm ki, Kiyev nümayəndələri də buna müsbət baxacaq"-deyə, bildirib.
Davamı üçün elan edilən atəşkəsin nəticələrini təhlil edəcəklərini bildirən Putin, "Ümumiyyətlə (Ukraynanın) hərbi fəaliyyətlərində azalma var. Biz bunu alqışlayırıq və gələcəyə baxmağa hazırıq. Lakin buna baxmayaraq, atəşkəs prosesi 4900 dəfə pozulub" dedi.
Aytən Yaşar/ Turkustan.az