Papa Fransiskin ölümündən sonra kardinallar yığıncaq üçün toplaşacaqlar.
Turkustan.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.
"Kardinallar çərşənbə axşamı cari məsələləri həll etmək üçün yığıncaqda görüşəcəklər" deyə, bildirilib.
Bruninin aydınlaşdırdığı kimi, dəvətnamələr göndərilib, lakin Romaya nə qədər kardinalın gələ biləcəyini dəqiq söyləmək çətindir.
Bruni həmçinin qeyd edib ki, kardinallar başqa cür qərar verməsələr, Fransiskin cənazəsi möminlərin aprelin 23-də vidalaşmaları üçün Müqəddəs Pyotr Bazilikasına qoyulacaq: “Bu mümkündür, lakin kardinallar başqa cür qərar da verə bilər”.
Aytən Yaşar/ Turkustan.az