Peskov: Ukrayna NATO üzvü olmamalıdır!


Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya qoşulmamalı olduğunu deyib.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Rusiyanın aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək Ukraynada atəşkəs elan etdiyini xatırladan Peskov bu qərarın Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə alındığını bildirib.

O, Ukraynanın atəşkəs prosesinə əməl etmədiyini iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ