ABŞ Kiyevə təklif verdi: Bu güzəştlər tələb edilir


ABŞ Kiyevə bildirib ki, Ukrayna böhranının həlli üçün ondan güzəştlər tələb olunur, o cümlədən NATO-ya üzv olmaqdan imtina etməlidir. Həmçinin Vaşinqton Krımı Rusiya ərazisi kimi tanıya və Zaporojye AES-ə nəzarətin Amerikaya verilməsini təklif edə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, hazırda Vaşinqton Kiyevdən cavab gözləyir:

“Cavabın ABŞ, Ukrayna və Avropa rəsmilərinin bu həftənin sonunda Londonda keçiriləcək görüşündə təqdim ediləcəyi ehtimal olunur. ABŞ, AB və Ukraynanın mövqeləri üst-üstə düşərsə, Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff yenidən Rusiyaya səfər edəcək”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ