Paşinyandan yeni konstitusiya açıqlaması


“Ermənistanda indiyə kimi formalaşan hüquq sistemləri ilə xalq arasında bir boşluq var”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Ədalət niyə gecikir?” adlı konfransda çıxışı zamanı deyib.

O, indiyə kimi qəbul olunan konstitusiyaların xalqın iradəsini ifadə etmədiyini bildirib:

“Hüquq sistemindəki bu boşluq, bütün konstitusiya referendumlarında ictimaiyyətdə rəsmi olaraq qeydə alınan nəticələrin xalqın iradəsinə zidd olduğuna dair bir fikir və inam formalaşmasına görədir”.

Qeyd edək ki, Nikol Paşinyan bundan əvvəl Ermənistan Konstitusiyasının mətninin dəyişməli olduğunu deyib. O, yeni konstitusiyanın Müstəqillik Bəyannaməsinə əsaslanmamasını daha doğru hesab etdiyi söyləyib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ