Skandinaviya ölkələri hərbi əməkdaşlığı gücləndirir.
Turkustan.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) Danimarka kəşfiyyatının məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, onlar birgə müdafiə üçün resursları birləşdirərək Rusiya ilə mümkün münaqişəyə hazırlaşır.
Ekspertlərin fikrincə, İsveç, Finlandiya, Danimarka və Norveç arasında koordinasiyanın hazırkı səviyyəsi regionun müasir tarixində olmayıb.
“Onlar heç vaxt bir-birinə bu qədər yaxınlaşmayıb. Finlandiya bir neçə həftə ərzində 280 minə qədər əsgəri səfərbər edə bilib. Ölkədə ehtiyatda olanların ümumi sayı 900 min nəfərə yaxındır. Həmçinin Finlandiya və İsveçdə məcburi hərbi xidmət var ki, bu da ölkələrə silahlı qüvvələrin sayını sürətlə artırmağa imkan verir”. /globalinfo.az/