Ruslar Donetsk vilayətində ağır texnikalarının keçidi üçün marşrutlar yaratmaq məqsədilə “Pasxa atəşkəsi"ndən istifadə ediblər.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Donetsk vilayətində ruslar “Pasxa atəşkəsi”nin qüvvədə olduğu bir vaxtda öz texnikaları üçün fəal şəkildə marşrutlar düzəldiblər:
"Aprelin 9-da Ukrayna əsgərləri KRVD kompleksini (KAMAZ yük maşını əsasında müvəqqəti yolların yerləşdirilməsi üçün qurğu) məhv ediblər. Bu səbəbdən Donetsk vilayətində Çyornıy Jerebets çayı üzərindən keçid bağlanıb. 20 apreldə ruslar keçidi məhv edilmiş texnikanın qalıqlarından təmizləməyə çalışıblar. Bunun üçün ondan çox əsgər və xüsusi maşından istifadə olunub. 66-cı briqadanın hava kəşfiyyatı işğalçıları yaxından izləməyə davam edir!"
Qeyd edək ki, Pasxa payramı ilə bağlı atəşkəs 19 aprel 18:00-da başlayıb və 20 aprel gecəsi bitib. /axar.az/