ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar “kulminasiya nöqtəsinə yaxınlaşır.
O, Ukrayna sülh danışıqları üçün son tarixi açıqlamaqdan imtina edib.
“Müəyyən gün sayı yoxdur", -Tramp deyib. Lakin onu da əlavə edib ki, atəşkəs sazişinin tezliklə bağlanmasını istəyir: “Hər hansı bir səbəbdən tərəflərdən biri prosesi çox çətinləşdirsə, “siz axmaqsız, bu axmaqlıqdır" deyib, sadəcə geri çəkiləcəyik”.
Rusiya prezidenti Vladimir Putinin danışıqları yubadıb-yubatmadığı ilə bağlı suala Tramp, “ümid edirəm ki, yox”, cavabını verib./Musavat.com