Avropa İttifaqı dağıla bilər: Puşkov səbəbi açıqladı


“Ukraynanın Avropa İttifaqına ( Aİ) qoşulması birliyin dağılmasına səbəb ola bilər”.

Turkustan.az xəbər verir ki, bu fikirləri rusiyalı senator Aleksey Puşkov deyib.

“Ukrayna avantürası Avropa İttifaqını gücləndirmək əvəzinə, onun sonunun başlanğıcı ola bilər”, – Puşkov qeyd edib.

Senatorun fikrincə, Ukraynanın qəbulu ilə nəticələnəcək qüvvələrin bölünməsi və həddən artıq gərginləşməsi son nəticədə Avropa ölkələri bloku üçün fəlakətli olacaq./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ