Ukrayna Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin "Fox News" telekanalından telesüjetlərinin birində Kiyevi Rusiya şəhəri kimi qeyd etdiyinə görə üzr istəməsini tələb edir.
Turkustan.az xəbər verir ki, bu barədə XİN-in sözçüsü Georgi Tixiy "X" sosial şəbəkə hesabında məlumat verib.
"Əgər bu, qəsdən edilmiş siyasi bəyanat yox, səhv idisə, o zaman üzr istənilməli və səhvi kimin etdiyi araşdırılmalıdır", - deyə o yazıb.
13:36
Ukrayna paytaxtından Pasxa bayramı ilə bağlı keçirilmiş ibadəti yayımlayan ABŞ-nin "Fox News" telekanalı Kiyevi Rusiyanın tərkib hissəsi kimi göstərib.
Telekanalın Kiyevdəki Müqəddəs Mixail Qızıl Qübbəli Məbəddən apardığı yayımın subtitrndə "Kiyev, Rusiya" yazısı gedib.
Tamaşaçıların sözlərinə görə, bu formada yayım təqribən yarım saat davam edib. Daha sonra səhv düzəldilib.
"Fox News" Moskvadakı Xilaskar Məsihin Məbədindən Moskva və bütün Rusiya Patriarxı Kirillin apardığı Pasxa ibadətini də nümayiş etdirib./oxu.az