Rusiya MN: Atəşkəs bu halda qüvvədə olacaq


Hərbi əməliyyatların dayandırılması Ukrayna tərəfinin qarşılıqlı riayət etməsi şərti ilə Rusiya tərəfi üçün qüvvədə olacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Atəşkəs humanitar məqsədlər üçün tətbiq edilir və Kiyev rejimi tərəfindən qarşılıqlı şəkildə riayət olunmaq şərti ilə Rusiya üçün qüvvədə olacaq”-deyə, hərbi idarənin bəyanatında deyilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ