Zelenskidən Putinin atəşkəs qərarına: Hazırıq!


Rusiya birdən-birə qeyd-şərtsiz sükut formatına qoşulmağa hazır olsa, Ukrayna güzgü effektini göstərəcək.

Turkustan.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

O bildirib ki, Rusiya atəşkəsə əməl etsə, Ukrayna da eyni addımı atacaq:

“Əgər tam sükut həqiqətən davam edəcəksə, Ukrayna bunu Pasxa bayramından - aprelin 20-dən sonra da uzatmağı təklif edir. Bu, Rusiyanın əsl niyyətini ortaya qoyacaq, çünki 30 saat yalnız sərlövhələr üçün kifayətdir, etimadın möhkəmlənməsi üçün real addım deyil. Otuz gün sülh üçün şans yarada bilər".

Qeyd edək ki, Rusiya Pasxa bayramı ilə əlaqədar Ukraynada bütün hərbi əməliyyatları bu gün saat 18:00-dan 21 aprel saat 00:00-a qədər dayandırdığını elan edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ