Rusiya və Ukrayna arasında məhbus mübadiləsi baş tutdu


Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi çərçivəsində 261 Rusiya və 277 Ukrayna əsgəri azad edilib.

Turkustan.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Ukrayna ilə əsir mübadiləsinin həyata keçirildiyi bildirilib.

"Danışıqlar prosesi nəticəsində Kiyev administrasiyasının nəzarətində olan ərazidən 246 rus əsgəri çıxarılıb. Bunun müqabilində 246 Ukrayna əsgəri verilib. Bundan əlavə, jest olaraq 31 əsgər 15 yaralı rus əsgərinin qarşılığında Ukraynaya təhvil verilib"-deyə, məlumatda deyilir.

Sərbəst buraxılan rus əsgərlərinin Belarusda olduğu və əsgərlərə lazımi tibbi və psixoloji dəstəyin verildiyi, nazirliyin səhiyyə ocaqlarında müalicə olunmaq üçün Moskvaya aparılacaqları açıqlanan açıqlamada bildirilir.

Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında Rusiya ilə əsir mübadiləsi nəticəsində 277 ukraynalı əsgərin vətənə qayıtdığını bildirib.

Müharibə başlayandan bəri Ukraynaya əsir mübadiləsi prosesində ümumilikdə 4552 nəfərin gətirildiyi barədə məlumatı paylaşan Zelenski, "Hamını gətirməliyik" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ