Zelenski Putinin “Pasxa atəşkəsi” elan etməsinə münasibət bildirib


“Hazırda ölkəmizin ərazisində hava həyəcanı siqnalları işə düşüb. Yerli vaxtla 17:15-də səmada Rusiyaya məxsus pilotsuz uçuş aparatları qeydə alınıb”.

Turkustan.az xəbər verir ki, bunu “Teleqram” kanalında Ukrayna prezidenti Volodimir Zelenski yazıb.

O qeyd edib ki, ölkəsinin hava hücumundan müdafiə sistemləri və hərbi aviasiyası işlək vəziyyətə gətirilib:

“Səmamızın üzərində “Shahed” pilotsuz uçuş aparatlarının olması Putinin həm Pasxaya, həm də insanların həyatına real yanaşmasını göstərir”. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ