Mehmet Özün andiçmə mərasimində nəvəsi huşunu itirib


Ürək cərrahı Mehmet Öz Medicare və Medicaid Services (CMS) Mərkəzlərinin direktoru təyin edilib.

Turkustan.az xəbər verir ki, öz, ABŞ prezidenti Tramp və səhiyyə naziri Robert Kennedinin də qatıldığı Oval Ofisdə keçirilən mərasimdə and içib.

Çıxışında Dr.Ozun həyatını və uğurlarını yüksək qiymətləndirən Tramp ABŞ-ın səhiyyə sahəsində belə uğurlu və müvəffəqiyyətli bir ada sahib olmasının çox şanslı olduğunu bildirib. "Dr. Oz bu rola ölkənin ən istedadlı və sevimli tibb mütəxəssislərindən biri kimi gəlir. CMS direktoru kimi Oz millətimizin yaşlıları üçün Medicare-i və ehtiyacı olanlar üçün Medicaid-i gücləndirmək və qorumaq üçün yorulmadan çalışacaq"-deyə, Tramp bildirib.

Digər tərəfdən Dr. Mehmet Özün andiçmə mərasimində salonda olan nəvəsi qısa müddət özünü pis hiss edərək huşunu itirib. Öz nəvəsinə dərhal müdaxilə edərkən ABŞ prezidenti Tramp onun çıxışını yarımçıq kəsib və mətbuat mənsublarının getmələri istənilib.

Ağ Evdən verilən açıqlamada kiçik qızın qısa müddət ərzində huşunu itirdiyi və vəziyyətinin yaxşı olduğu bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ