Əkrəm İmamoğlunun həbsinin davam etdirilməsi ilə bağlı qərar verildi


İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilərək Silivri Həbsxanasına göndərilən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinin davam etdirilməsinə qərar verilib.

Turkustan.az xəbər verir ki, saxlanmaya etirazın qiymətləndirildiyi məhkəmə bu gün bağlı qapılar arxasında keçirilib.

Sözcü-dən Fırat Fıstıkın xəbərinə görə, 8-ci Sülh Cəza Məhkəməsinin verdiyi qərara əsasən, İBB istintaqı çərçivəsində Silivridəki Mərmərə Həbsxanasında saxlanılan Əkrəm İmamoğlunun həbsi davam edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ