ABŞ-dan qorxudan "Suriya" xəbərdarlığı: Elə indicə ölkədən çıxın!


ABŞ Dövlət Departamentindən təəccüblü " Suriya " bəyanatı yayılıb . Nazirlikdən verilən açıqlamada çəkilməyə qərar verdikləri Suriya ilə bağlı təəccüblü xəbərdarlıq edilib.

Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Suriyada terror aktı ola biləcəyini bildirib və onlardan dərhal ölkəni tərk etmələrini istəyib.

Açıqlamada bu ifadələr yer alıb: "Suriyada terror aktı baş verə bilər və terrorçular insanların toplaşdığı əraziləri hədəfə ala bilər. Suriyanın heç bir ərazisi təhlükəsiz hesab edilməməlidir. Suriyanı dərhal tərk edin. Hücumlar, ictimai tədbirlər, otellər, klublar, restoranlar, ibadət yerləri, məktəblər, parklar, ticarət mərkəzləri, ictimai nəqliyyat sistemləri və insanların toplaşdığı ərazilər də daxil olmaqla, az və ya heç bir xəbərdarlıq olmadan baş verə bilər."

ABŞ-ın Dəməşqdəki səfirliyi Suriya üçün səyahət xəbərdarlığının dördüncü səviyyədə olduğunu açıqlayıb. Bəyanatda deyilir ki, ABŞ Dövlət Departamenti turistik saytlar da daxil olmaqla, “mümkün və gözlənilən” hücumlarla bağlı etibarlı məlumatları izləyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ