Trampın vəzifə verdiyi türkün andiçməsi: həyəcanlı anlar - VİDEO


Ötən gün ABŞ Prezidenti Donald Trampın Sağlamlıq Sığortası Təşkilatının sədri vəzifəsinə təyin etdiyi türk əsilli həkim Mehmet Özün andiçmə mərasimi keçirilib.

Turkustan.az Globalinfo.az-a istinadla xəbər verir ki, mərasimdə Tramp Özün təyinatı ilə bağlı mətbuat qarşısında çıxış etdiyi zaman zalda olan azyaşlı bir qız huşunu itirib.

Bu zaman ABŞ prezidentinin olduğu kürsünün arxasında dayanan həkim Öz, dərhal geri çəkilərək qızın yanına gedib və vəziyyətini yoxlayıb. Bunu görən Tramp çıxışını dayandırıb və narahatlıqla onları izləyib. Azyaşlı özünə gəldikdən sonra zaldan çıxarılıb.

Andiçmə mərasimində Özün həkimlik andına sadiq qalaraq hər şeyi atıb vəziyyətə müdaxilə etməsi ABŞ ictimaiyyətində diqqət çəkib və təqdir edilib.


MANŞET XƏBƏRLƏRİ