Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu sərt tənqid etməsi onun sülhdən qorxduğunu göstərir.
Turkustan.az xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz "X" sosial şəbəkəsində yazıb.
"Zelenski sülhdən qorxur, çünki bilir ki, bu, onun diktaturasının sonu deməkdir", - o qeyd edib.
Xatırladaq ki, Trampın xüsusi nümayəndəsi qeyd edib ki, sülh sazişi zamanı Rusiya beş subyekti tanımalı olacaq: Krım, DXR, LXR, Zaporojye və Xerson vilayəti.
O əlavə edib ki, Ukraynanın NATO-ya qoşulmaması məsələsi də gündəmdədir. /publika.az/