ABŞ prezidenti Donald Tramp Çinlə yaxşı danışıqlar apardıqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp dünənki açıqlamasında Çin prezidenti Si Cinpinlə görüşüb-görüşmədiyi ilə bağlı suala cavab verməyib.
Tramp isə ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauelə qarşı tənqidlərini təkrarlayaraq, faiz dərəcələrini aşağı salmalı olduğunu bildirib.
ABŞ prezidenti ABŞ dövlət katibi Marko Rubionun Ukrayna müharibəsi ilə bağlı açıqlamalarına oxşar qiymət verib.
Donald Tramp Rusiya və ya Ukraynanın razılaşmanı çətinləşdirəcəyi təqdirdə, məsələyə məhəl qoymayacaqlarını bəyan edib və bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az