Uolts və Rubio İrana zərbə endirilməsini istəyir - VP


ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və ABŞ Dövlət katibi Marko Rubio İranın nüvə silahı hazırlığı ilə potensial əlaqəli obyektlərinə hərbi zərbə endirilməsi ideyasını dəstəkləyiblər.

Turkustan.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti adları açıqlanmayan məmurlara istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ-ın vitse-prezidenti Ceyms Vens və milli kəşfiyyatın rəhbəri Qabbard daha ehtiyatlı mövqe sərgiləyərək, genişmiqyaslı regional münaqişə risklərinə diqqət çəkiblər.

Qəzet həmçinin bildirib ki, Prezident Tramp məsələ ilə bağlı diplomatik həll tərəfdarlarının fikirlərini, o cümlədən jurnalist Taker Karlsonun mövqeyini də dinləyib.

Daha ehtiyatlı yanaşmanı dəstəkləyənlər isə qeyd edirlər ki, ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, Tehran nüvə silahı yaratmaq niyyətində deyil və İranın bombalanması çox güman ki, daha genişmiqyaslı regional müharibəyə səbəb olacaq. /axar.az/


MANŞET XƏBƏRLƏRİ