Türkiyənin Ağır Cəza Məhkəməsində Adnan Oktarın silahlı cinayət təşkilatı ilə bağlı qərar çıxarılıb.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, məlumatı Türkiyə saytları yayıb.
Məhkəmə bir nəfərə – Paşa Durmuşa bəraət verib, eyni zamanda cinsi təcavüzdə ittiham olunan Erol Şimşeyə 256 il, Orkun Şimşeyə 346 il cəza kəsib.
Xatırladaq ki, həbsdə olan Adnan Oktara cinayət təşkilatı yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə cinayətlərinə görə 8 min 463 il 4 ay həbs cəzası verilib.