Rus hərbçilər qaçdı: əraziyə helikopterlər göndərildi - VİDEO


Rusiyanın Krasnodar bölgəsində ötən gün axşam saatlarında təxminən 100-ə yaxın rus hərbçi hərbi hissələrdən birindən qaçmağa cəhd göstərib.

Turkustan.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalında görüntülər yayılıb.

Qeyd olunur ki, gecə saatlarında hərbçilər hərbi hissənin hasarını yararaq oranı tərk etməyə cəhd göstəriblər. Onlardan neçəsinin qaçıb-qaçmadığı barədə məlumat verilməyib.

Əraziyə polis əməkdaşları, helikopterlər göndərilib və yollar bağlanıb.

İnsidentlə bağlı hər hansı rəsmi açıqlama verilməyib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ