Medvedev: AB və ABŞ "əllərini yusalar", Rusiya Ukrayna münaqişəsini tezliklə həll edəcək


Avropa ABŞ-dan nümunə götürməli və Ukraynadakı münaqişədən çıxmalıdır, onda Rusiya bunu tez bir zamanda həll edəcək.

Turkustan.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün X səhifəsində bu tövsiyəni Avropa ölkələrinə verib.

Medvedev ingilis dilində yazıb: "Amerika rəsmiləri Ukrayna məsələsində irəliləyiş olmasa, "əllərini yumalıdır". Avropa da bunu etməlidir. Onda Rusiya işləri daha tez həll edərdi".

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp qeyd edib ki, tərəflər Ukrayna ilə bağlı təxribat törədərsə, Birləşmiş Ştatlar danışıqlar prosesindən çıxa bilər.

Media Kiyevə hərbi yardımın dayandırılmasının mümkünlüyünü də müzakirə edir. Tramp sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə Vaşinqtonun belə bir addım atmağa hazır olub-olmadığına cavab vermək istəməyib. Eyni zamanda, dövlət katibi Marko Rubio bildirib ki, ABŞ üç ildir Ukraynaya dəstək verməkdən və milyardlarla dollar xərcləməkdən sonra o həddə çatıb ki, diqqətini başqa vəzifələrə yönəltməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ