Tramp: Ukraynada vəziyyət nizamlanmaya doğru gedir


ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukraynada atəşkəs və münaqişənin həlli ilə bağlı razılaşmaların əldə olunması prosesi pozulmağa yaxınlaşır.

Turkustan.az xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Atəşkəs və nizamlanmadan danışan o, “Gəlin görək buna nail olacağıqmı” deyib. "Düşünürəm ki, bizim bunu etmək üçün həqiqətən yaxşı şansımız var. Və hər şey indi birləşir"-deyə, Tramp əlavə edib. “Rusiyanın nizamlanma ilə bağlı ABŞ-ı aldatmağa cəhd edib-etmədiyi” sualına Tramp “Heç kim heç kimlə oynamır” cavabını verib. O, bütün tərəflərin ruh yüksəkliyi nümayiş etdirdiyinə əminliyini ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ