Rusiyanın BMT-dəki (BMT) daimi nümayəndəsi Vasili Nebenzia Almaniyanın Ukraynaya mümkün Taurus raketlərini təhvil verməsi və ABŞ-ın İrana qarşı hərbi güc tətbiq etmək hədəsi ilə bağlı Anadolu Agentliyinin suallarını cavablandırıb.
Turkustan.az xəbər verir ki, “Almaniya Ukraynaya “Taurus” raketlərini versə, o, birbaşa müharibədə iştirak etmiş sayılarmı? "Bəli, olur"-deyə, Nebenzia cavab verib.
Almaniya və bir çox başqa ölkənin bir növ Ukrayna münaqişəsinə qarışdığını deyən Nebenzia əlavə edib: "Bu ölkələr öz vəkil qüvvələrinin köməyi ilə Rusiyaya qarşı müharibə aparırlar. Əgər onlar (Almaniya) "Taurus" raketlərini də təmin etsələr, bu, gərginliyin artması istiqamətində daha bir addım olacaq".
ABŞ-ın razılıq əldə edilmədiyi təqdirdə İrana qarşı güc tətbiq edəcəyi ilə bağlı təhdidlərinə gəlincə, Nebenzia ABŞ-ın verdiyi açıqlamalarda siyasi həllə üstünlük verdiyini ifadə etdiyinə diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az