ABŞ əsgərləri Suriyanın şimal-şərqindəki hərbi məntəqələri boşaldır


ABŞ ordusu Suriyanın şimal-şərqində terror təşkilatı PKK/YPG-nin işğal etdiyi ərazilərdə yerləşən 3 kiçik miqyaslı hərbi məntəqəni boşaldıb və digər bazalarına çəkilib.

Turkustan.az xəbər verir ki, ABŞ əsgərləri Hasəkə şəhər mərkəzinin ətrafında yerləşən Hadra və Fırat kəndlərindəki üç kiçik hərbi məntəqəni və Deyr əz-Zor vilayətində Koniko və Ömər qaz yataqlarını boşaldıb və əsas bazalarına çəkiliblər.

Həsəkədə olan əsgərlər və onların texnikası eyni vilayətin Rmeylan rayonundakı bazaya, Deyr əz-Zordakı əsgərlər isə Koniko qaz yatağındakı bazaya geri çəkilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ