Mayın 9-da Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Avropa Gününü qeyd etmək üçün Kiyevə gələcəklər.
Turkustan.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro LCI telekanalında bildirib.
"Avropa xarici işlər nazirləri mayın 9-da Kiyevdə görüşmək niyyətindədirlər. Mən mütləq orada olacağam", - o vurğulayıb.
Barronun sözlərinə görə, Aİ nazirləri Kiyevə səfər etməklə Ukrayna ilə həmrəylik nümayiş etdirmək istəyirlər, çünki həmin günün Rusiya diktatoru Vladimir Putin və onun rejimi üçün xüsusi mənası var. /bakivaxti.az/