Meloninin Trampı tərlədən sualı: Heç gözləmirdi


İtaliyanın baş naziri Giorgia Meloni rəsmi səfər çərçivəsində Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb

Turkustan.az xəbər verir ki, Oval Ofisdəki ikitərəfli görüşdən sonra iki lider Nazirlər Kabinetinin otağında bağlı qapılar arxasında keçirilən naharda Ağ Ev müxbirləri və italyan jurnalistlərin suallarını cavablandırıb.

Birgə mətbuat konfransında italyan jurnalistin sualından sonra baş verənlər diqqət çəkib. Müxbir Trampdan avropalıları “parazit” adlandırıb- çağırmadığını soruşduqda, Meloni Trampa üz tutaraq, “Siz heç avropalıların parazit olduğunu demisiniz ?

Gözlənilməz sualdan şoka düşən Tramp, "Mən bunu heç vaxt deməmişəm. Nə danışdığınızı da bilmirəm " deyərək məsələdən yayınmağa çalışıb .

ABŞ Prezidenti Donald Tramp vitse-prezident JD Vance-in avropalılara ünvanladığı təhqiramiz mesajlarını dəstəkləyərək, “Mən onunla razıyam, onlar parazitdirlər, illərdir belədirlər” deyib .

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ