Çin Xarici İşlər Nazirliyi Pekinin Rusiyaya silah verməsi ilə bağlı xəbərləri təkzib edib.
Turkustan.az xəbər verir ki, müvafiq açıqlamanı brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian Ukrayna tərəfinin Çinin Rusiyaya guya barıt və artilleriya sistemləri tədarükü ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.
"Çin heç vaxt münaqişə tərəflərindən heç birinə öldürücü silah verməmişdir və ikili təyinatlı məhsulların ixracına həmişə ciddi nəzarət etmişdir. ÇXR əsassız ittihamlara və siyasi manipulyasiyaya qəti şəkildə qarşıdır"-deyə, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az