Husilərə məxsus əl-Məsirə televiziyasında yayımlanan xəbərə görə, ABŞ döyüş təyyarələri Hudeydanın Es-Salif rayonundakı Ras İsa limanını iki dəfə hədəfə alıb.
Turkustan.az xəbər verir ki, hücum zamanı aralarında səhiyyə işçiləri də daxil olmaqla 38 nəfər ölüb, 102 nəfər yaralanıb.
Hücum nəticəsində limanda baş verən yanğının söndürülməsi və yaralıların xilas edilməsi üçün mülki müdafiə qrupları işlərini davam etdirir.
Aytən Yaşar/ Turkustan.az