ABŞ İsrailə "Bunker Buster" bombaları göndərir


İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, ABŞ-ın son 24 saat ərzində göndərdiyi hərbi sursat daşıyan 9 nəqliyyat təyyarəsi Nevatim Hava Bazasına eniş edib.

Turkustan.az xəbər verir ki, Nevatim bazasına çatan yüzlərlə bunker partladan bombanın ABŞ və İran arasında aparılan danışıqların nəticəsiz qalması halında İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə hücumu halında İsrailə göndərildiyi iddia edilib.

Bildirilib ki, döyüş sursatları Amerikanın Avropa və Yaxın Şərqdəki bazalarından İsrailə ötürülüb.

Hesabatda qeyd olunub ki, ABŞ-ın İsraildə yerləşdirilmiş Regional Yüksək Hündürlük Hava Hücumundan Müdafiə (THAAD) sistemi üçün tutucu raketlər və yüksək tonajlı MK-84 bombaları daşıyan onlarla ABŞ nəqliyyat təyyarəsi ötən həftə İsrailə gəlib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ