Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə isterik çıxışı erməni ictimaiyyətində hələ də müzakirə edilir. Ermənilər baş nazirin çıxışı zamanı etdiyi hərəkətləri anlamağa çalışırlar.
Turkustan.az xəbər verir ki, Paşinyan parlament kürsüsündən çıxışı zamanı gülüş doğuran hərəkətlər edib, hətta əl qaldırıb oynayıb da. Erməni baş nazirin müxalifəti tənqid etdiyi isterik çıxışında Çingiz xanın adını çəkməsi də diqqətdən yayınmayıb.
“İravunk” qəzetinin əldə etdiyi məlumata görə, Paşinyanın belə çıxış etməsinin səbəbi son anda aldığı xəbər olub.
“Baş nazir müxtəlif bölgələrdə sorğular keçirib. Sorğunun nəticələrinə görə, Paşinyan və rəhbərlik etdiyi partiyanın reytinqi bərbad vəziyyətdədir. Məlumata görə, Paşinyan parlament iclasına gəlməmişdən öncə sorğunun nəticələri haqqında ona məlumat veriblər. Onun isterik çıxışı da bundan qaynaqlanır”, - qəzet yazır./publika.az