ABŞ-ın Florida Dövlət Universitetində baş verən atışmada ölənlərin sayı iki nəfərə çatıb, şərif müavininin 20 yaşlı oğlu şübhəli şəxs qismində saxlanılıb.
Turkustan.az xəbər verir ki, Leon qraflığının şerifi Walt McNeil və əsgər Ceyson Trumbower mətbuat konfransında hücumla bağlı təfərrüatları paylaşıblar.
McNeil deputatın 20 yaşlı oğlu Phoenix İknerin nəzarətə alındığını və şübhəlinin hücumu həyata keçirmək üçün anasının silahından istifadə etdiyini söylədi.
O, hücumda həyatını itirənlərin sayının 2-yə yüksəldiyini və bu şəxslərin tələbə olmadığını bildirdi.
Səlahiyyətlilər qeyd edib ki, altı yaralı xəstəxanada müalicəsini davam etdirir.
ABŞ prezidenti Donald Tramp da Oval Ofisdə jurnalistlərə hücumla bağlı məlumatlandırıldığını deyib və "Belə şeylərin baş verməsi dəhşətlidir"-deyə, əlavə edib.
Atışma universitetin Tallahassee şəhərciyində baş verib və polisin yerli vaxtla saat 12:00 radələrində hücumçuya müdaxilə etdiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az