Hakan Fidan çoxdan gözlənilən açıqlamanı verdi


Xarici işlər naziri Hakan Fidan "YPG silahlarını yerə qoyub orada milli orduya qatılacaq. Prosesi həssaslıqla izləyirik" deyə açıqlama verib.

Turkustan.az xəbər verir ki, nazir Fidan AK Partiya Şərq, Cənub-Şərq və Qara dəniz bölgələrindən olan millət vəkilləri ilə görüşüb. Görüşdə "Biz tam uyğunluq içində işləməyə davam edirik" deyən Fidan: "İsrailin bu bölgələri məhv etmək üçün son hücumlarını tənqid edirik. Oradakı İŞİD-lə bağlı prosesi İordaniya və digər bölgə ölkələri ilə koordinasiya edəcəyik" dedi.

Fidan həmçinin: "YPG ilə bağlı prosesi böyük diqqətlə izləyirik. Silahlarını yerə qoyub milli orduya qatılacaqlar. Suriyada heç vaxt federal bir quruluş olmayacaq və ordudan kənar heç bir silahlı quruluşa yol verilməyəcək. Kürdlərin Suriya konstitusiyasının qurucu elementlərindən biri olmasına önəm veririk"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ