Bu dəfə Kral Salman Xameneiyə məktub yazdı: "Düşmənlərə qalib gəlmək üçün..."


İrana səfər edən Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman İran lideri Ayətullah Əli Xamenei ilə görüşüb və Kral Salman bin Əbdüləzizin məktubunu çatdırıb.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, ölkə lideri Xamenei tərəfindən qəbul edilən müdafiə naziri Salman Səudiyyə Ərəbistanı kralı Salmanın məktubunu Xamneyiyə təqdim edib.

İran lideri Xamenei görüş zamanı deyib: "İnanırıq ki, İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər hər iki ölkə üçün faydalı olacaq və iki ölkə bir-birini tamamlaya bilər. Səudiyyə Ərəbistanı ilə əlaqələrin genişləndirilməsinin əleyhinə olan düşmənlər var. Bu düşmən niyyətlərə qalib gəlmək lazımdır və biz bunu etməyə hazırıq".

Səudiyyə Ərəbistanı ilə hər sahədə əməkdaşlığa hazır olduqlarını vurğulayan Xamenei, “bölgədəki qardaşların bir-birinə kömək etmələri və əməkdaşlıq etmələri başqalarına güvənməkdən qat-qat yaxşıdır” dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ