Tramp Zelenskiyə: Əgər sən ağıllısansa... - VİDEO


Ukrayna lideri Vladimir Zelenski Rusiya ilə münaqişənin qarşısını almaq üçün kifayət qədər iş görməyib. Mən onun “böyük fanatı” deyiləm.

Turkustan.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib:

"Rusiya daha böyükdür, hərbi güc kimi böyükdür. Əgər sən ağıllı olsan, müharibələrdə iştirak etməyəcəksən və müharibəyə cəlb olunmayacaqsan. Mən onu qınamıram. Amma onun öz işini yaxşı gördüyünü görmədim. Mən onun böyük fanatı deyiləm".

Aprelin 14-də Tramp deyib ki, Ukraynada hərbi əməliyyatların başlanması ABŞ-ın keçmiş prezidenti Co Bayden və Zelenskinin gördüyü “dəhşətli işin” nəticəsidir.

O, həmçinin əmin olduğunu bildirib ki, 2020-ci il prezident seçkiləri “saxtalaşdırılmasaydı” Ukrayna münaqişəsinin qarşısını almaq olardı, çünki Tramp üçün “əvvəllər bunun qarşısını almaqda heç bir problemi yox idi”. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ