Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsində baş verən hadisələrdən danışıb.
Turkustan.az xəbər verir ki, ABŞ ilə imzalanması gözlənilən nadir torpaq elementləri müqavilə mətni üzərində işlərin davam etdiyini və yekun razılaşma mətninin ilk olaraq Ukrayna parlamentində təsdiqlənməsi lazım olduğunu qeyd edən Zelenski, keçən həftə Vaşinqtonda mövzu ilə bağlı müsbət görüş keçirildiyini bildirdi.
Zelenski ABŞ-ın təklifinə uyğun olaraq bu məsələ ilə bağlı “xoşməramlı” memorandumun imzalanmasının gözlənildiyini bildirib və deyib:
"Niyyətimiz müsbətdir, biz konstruktivik və bunu göstəririk. Ona görə də bu gün onlayn rejimdə razılaşmanın özü deyil, niyyət memorandumu imzalana bilər".
Aytən Yaşar/ Turkustan.az