Kreml Putin-Tramp görüşünün vaxtı və yeri ilə bağlı məlumat yaydı


Kremlin xarici siyasət müşaviri Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında ikitərəfli görüşün yeri və vaxtı hələ dəqiqləşdirilməyib.

Turkustan.az xəbər verir ki, Uşakov "Rossiya" dövlət telekanalına verdiyi açıqlamada Rusiya ilə ABŞ arasındakı münasibətlərə dair qiymətləndirmələr edib.

Rusiya lideri Putinlə ABŞ prezidenti Tramp arasında mümkün görüş mövzusunun hər kəsin ağzında olduğunu deyən Uşakov: "Hələlik konkret tarixlər razılaşdırılmadığını deyə bilərəm. Hətta yer razılaşdırılmayıb. Bununla belə, bir çox insan, xüsusilə amerikalı həmkarlarımız Ər-Riyaddan danışır" dedi.

Uşakov qeyd edib ki, Putin və Tramp arasında telefon danışığı üzərində iş davam edir, lakin hələlik razılıq əldə olunmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ