ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ilə qarşılıqlılıq əsasında tariflərin dayandırılması üçün 90 günlük müddət bitmədən ticarət razılaşmasının əldə olunacağına inandığını bildirib.
Turkustan.az xəbər verir ki, Ağ Evdə İtaliyanın baş naziri Giorgia Meloni qəbul edən Tramp görüşdən əvvəl mətbuat mənsublarına gündəmlə bağlı qiymətləndirmələr edib.
Qarşılıqlılıq əsasında tariflərin 90 günlük təxirə salınmasından sonra Aİ ilə ticarət razılaşmasına nail ola bilməmək ehtimalı ilə bağlı suala Tramp belə cavab verib: “Ticarət razılaşması olacaq, 100 faiz. Onlar razılaşmanı çox istəyirlər və biz də ticarət müqaviləsi bağlayacağıq. Mən bunu gözləyirəm, lakin bu, əlbəttə ki, ədalətli ticarət razılaşması olacaq".
Başqa ölkələrlə çoxlu görüşlər keçirdiklərini deyən Tramp ədalətli razılaşmalar edəcəklərini və tələsmədiklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az