Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya münaqişənin sülh yolu ilə həllini gözləsə də, Avropa Ukraynada müharibənin davam etdirilməsinə diqqət yetirib.
Turkustan.az xəbər verir ki, paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov Ukraynadakı müharibənin həlli səylərinə toxunub. ABŞ-ın Avropa və Ukrayna ilə həll yolu üzərində işləməyə davam etdiyini xatırladan Peskov: "Təbii ki, avropalılar və ukraynalıların sülh yolu ilə həll axtarmalarını gözləyirik. Təəssüf ki, Avropada müharibənin davam etdirilməsinə yönəlmiş bir münasibət görürük" deyib.
Ukraynada münaqişəyə son qoymaq üçün Donbasdakı bölgələrin Rusiyanın bölgələri kimi tanınmasının zəruri olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov deyib: "Bu sualda ifadə düzgün deyil. Bu bölgələr Rusiya Federasiyasının tərkib hissəsidir".
O, əlavə edib ki, rəsmi səfər üçün Moskvaya gələn İranın xarici işlər naziri Abbas Erakçi İran lideri Ayətullah Əli Xamneyinin mesajını Rusiya prezidenti Vladimir Putinə çatdırmaq imkanı əldə edəcək.
Aytən Yaşar/ Turkustan.az