60 minlik rus ordusu sərhəddə: Yeni hücum istiqaməti açıqlandı


Kursk vilayətində (sərhəddə) cəmləşən Rusiya qoşunları Ukraynanın Sumı bölgəsinə hücumda istifadə olunacaq.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Aleksey Getman deyib.

Mayor qeyd edib ki, hazırda Rusiyanın Kurskda 60 mindən çox hərbi qüvvəsi var.

“Bu qüvvələr Sumı vilayətinə hücumda, ərazimizin dərinliklərində qondarma bufer zona yaratmağa cəhddə istifadə olunacaq. Bu cəhdləri uğurlu olacaq, ya yox, başqa məsələdir. Rusların bu planlarından xəbərdarıq”, - Getman bildirib.

Mayor əmindir ki, Ukrayna ordusunun Rusiyanın planının qarşısını almaq qabiliyyəti qüvvə və vasitələrin sayından, istehkamların keyfiyyəti və müdafiə mövqelərindən asılı olacaq. /Teleqraf/


MANŞET XƏBƏRLƏRİ