İran Prezidenti Məsud Pezeşkianın Rabitə Nazirliyinin iclasındakı addımı dünya mətbuatında maraqla qarşılanıb.
Turkustan.az xəbər verir ki, Pezeşkian iclas zamanı günəş işığının otağa daxil olması üçün pərdələrin açılmasını tapşırıb.
O, həmçinin lampaların da söndürülməsini istəyib və otağı sadəcə günəş şüalarının işıqlandıra biləcəyini deyib.
İran prezidentinin ölkədəki enerji böhranına diqqət çəkmək üçün bu addımı atdığı bildirilir.
Qeyd edək ki, Məsud Pezeşkian bir müddət öncə köməkçisi Şəhram Dəbirini Novruz bayramında lüks turizm səfərinə getdiyi üçün vəzifəsindən azad edib. O, əhalisinin çoxunun maddi imkanının zəif olduğu bir ölkədə dövlət adamının bahalı tətilə çıxmasının düzgün olmadığını bildirib.
Globalinfo.az