Son iki il ərzində Ermənistanın silah tədarükünün yarısını Hindistan təmin edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) hesabatlarına istinadən məlumat yayıb.
Məlumata görə, 2022-2024-cü illər ərzində Ermənistana idxal olunan silahların 43 faizi Hindistana məxsusdur. İki ərzində Hindistan və Ermənistan arasında yüz milyonlarla dollar dəyərində silah müqavilələri imzalanıb. Razılaşmalar çərçivəsində Hindistan Ermənistana çoxsaylı raket sistemləri, özüyeriyən haubitsalar, hava hücumundan müdafiə sistemləri və döyüş sursatları verib. Ermənistanın silahlanması prosesi davam edir./publika.az