İran XİN ABŞ-la bağlı bəyanat yaydı


İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi qatıldığı televiziya proqramında mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Omanın paytaxtı Maskatda ABŞ-la başlayan nüvə danışıqlarına toxunan Qəribabadi, ABŞ-ın ilk görüşdən tutduğu mövqeni qoruyub saxlaması halında razılaşmanın uzun sürməyəcəyini, ancaq mövqe dəyişsə, danışıqlar prosesinin mürəkkəbləşəcəyini bildirib.

Qəribabadi, "ABŞ danışıqlara ciddi yanaşırsa, real tələblər irəli sürməlidir" dedi. O bildirib ki, İranın nüvə proqramına son qoyulması qəbuledilməzdir.

Əlavə edib ki, İranın nüvə proqramının silaha çevrilməsi ilə bağlı narahatlıqlar danışıqlarda aradan qaldırıla bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ