İsrail Qəzzada fələstinlilərin çadırlarına hücum etdi: Ölənlər var


İsrail ordusunun Qəzza zolağında məcburi köçkün fələstinlilərin sığındığı çadırlara hücumu nəticəsində aralarında uşaqların da olduğu 10 nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzzanın cənubundakı Xan Yunis şəhərində köçkün fələstinlilərin çadırlarını bombalayıb.
Bildirilib ki, ölən və yaralananlar Xan Yunis şəhərindəki Nasser xəstəxanasına aparılıb.

Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 1652 fələstinli həyatını itirib, 4391 nəfər isə yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 51 min 25 nəfərə, yaralıların sayı isə 116 min 432 nəfərə yüksəlib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ