Trampdan Rusiya gəmiləri ilə bağlı yeni qərar


ABŞ prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya başqa şəkildə Rusiya Federasiyası ilə əlaqəli olan gəmilərin ABŞ limanlarına qəbuluna qoyulan qadağanı daha bir il uzadıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ağ Evin ABŞ Federal Reyestrində yerləşdirilmiş sənədində deyilir.

“Mən bununla Rusiya Federasiyasına münasibətdə milli fövqəladə vəziyyət rejimini və Rusiyaya aid gəmilərin Birləşmiş Ştatların limanlarında yanalmasını və hərəkətini tənzimləmək üçün 10371 saylı Bəyannamədə təsbit olunmuş fövqəladə hallar səlahiyyətlərini bir il müddətinə uzadıram”-deyə, mətndə deyilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ